“Dəyərli dostlar! Tez-tez müvafiq nazirliyi qınayırıq ki, müəllimlərə qarşı yanlış siyasət yürüdür. Mən də vaxtaşırı müəllimlərin hüquqlarını bütün platformalarda müdafiə edirəm. Sonunçu müsahibəmdə də bunu etmişəm. Ancaq indi dəhşətə gəlmişəm, sadə bir mətni oxuyub anlamadan rəy yazan müəllimləri görəndə həqiqətən məyus oldum.Təbii ki, ağıllı, peşəkarlar da mətnə uyğun fikir söyləyiblər. Qərəzli rəy yazanlardan tutaq ki, beşi kiminsə trolu, beşi də qumşik olsun, qalanları məktəbdə müəllim adına dərs deyənlərdir. Çox məyusam. Xahiş edirəm, həm mətni, həm də konkret rəyləri oxuyun, bu qədər savadsızlıq sizləri də məyus edəcək”
Bu sözləri sosial şəbəkədəki hesabında Milli Məclisin deputatı Fazil Mustafa yazıb.
Millət vəkili qeyd edib ki, həmişə müəllimlərə tətbiq olunan sertifikatlaşma prosesinin əleyhinə çıxış edib və müəllimlərin haqqını qorumağa çalışıb.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa “Milletinsesi.az”a açıqlamasında müəllimlərin sertifikasiyasına etiraz bildirib. Lakin bunun əksinə olaraq sosial şəbəkədə müəllimlərin bəziləri onun əleyhinə şərh yazıb. Onların arasında deputatı təhqir edənlər də var.