Bu barədə “Motherboard” məlumat yayıb.
Jurnalistlər ölkənin onlarla polis idarəsindən şəxsi əşyaları izləmək üçün “ağıllı açarlıq” olan “AirTag”dən kriminal məqsədlər üçün istifadə edildiyinə dair xəbərlər tələb ediblər. Onlayn nəşrə 8 polis bölməsindən cavab verilib. Müəlliflər qeyd ediblər ki, çox vaxt “ağıllı cihaz” qadınlara qarşı casusluq etmək üçün istifadə olunub.
Son 8 ay ərzində tərtib edilmiş 150 hesabat araşdırılıb. 50 halda qadınlar polisə məlumat veriblər ki, şəxsi əşyalarında və ya avtomobillərində “AirTag” açarı tapıblar. 25 halda zərərçəkənlər bildiriblər ki, təqibçilər keçmiş sevgililəri, ərləri və müdirləri olub. Müəlliflərin fikrincə, hadisələrin çoxu qadınların təhlükəsizliyini təhdid edən qəzəbli keçmiş sevgililərlə bağlı olub. Yalnız bir halda qacet bir kişini izləmək üçün istifadə edilib. Hadisələrin təxminən yarısında isə “ağıllı qacet” oğurluq və ya soyğunçuluq məqsədilə istifadə edilib.
“ “Stalking” və casus proqramlar “AirTag”dən əvvəl də mövcud idi, lakin “Apple” təcavüzkarların hədəflərini izləməyini daha da ucuzlaşdırdı və asanlaşdırdı. Casusluğu dayandırın” – Nəzarət Texnologiyalarına Nəzarət Layihəsinin rəhbəri Albert Foks Kan bildirib.
Fevralın ortalarında “Apple” açıqlamışdı ki, casusların cinayət məqsədləri üçün istifadə etməsinin qarşısını almaq üçün “AirTag” smart mayaklarının proqram təminatı yenilənəcək. “Biz məhsullarımızdan hər hansı bir zərərli istifadəni qəti şəkildə pisləyirik”, – şirkət nümayəndələri vurğulayıblar./publika.az