
Tərkibindəki timokinon, timohidrokinon və timol kimi təbii kimyəvi maddələr sayəsində dərman bitkiləri siyahısında yüksək yer tutan qarazirənin xərçəng xəstəliyi ilə mübarizədə effektivliyi elm dünyasında sübut olunub.
Millətin Səsi.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyəli tədqiqatçıların verdiyi məlumata görə, qarazirə yağının tərkibində olan timokinon həm tək istehlak edildikdə, həm də kimyaterapiyaya və radioterapiyaya əlavə edildikdə xərçəng hüceyrələrinin ölüm nisbəti əhəmiyyətli dərəcədə artır.
Bu məqsədlə həmin maddəni dərman formasına çevirib, klinik istifadəyə təqdim edilməsi planlaşdırılır.