Bu rayonlarda leysan yağıb – FAKTİKİ HAVA

Sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, neft daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

 

Mənbə

Share: