Bu rusiyalılara 118 il həbs cəzası verildi

Bu rusiyalılara 118 il həbs cəzası verildi

Yunanıstanda məhkəmə Rusiya vətəndaşı Vladimir Kotelnikovu qanunsuz miqrasiyanın təşkilində təqsirli bilib və onu 118 il həbs, eləcə də 500 min avro cərimələyib.

Milletinsesi.az xəbər verir ki, bunu Rusiyanın xaricdəki rusiyalılara dəstək üzrə birləşmiş koordinasiya mərkəzinin vitse-prezidenti İvan Melnikov deyib.

O bildirib ki, 37 yaşlı Çelyabinsk sakini Kotelnikov işləmək üçün Yunanıstana köçüb və Aralıq dənizi regionunda turistləri daşıyan yaxtada dənizçi kimi işə düzəlib:

“Kotelnikovun işəgötürəni turist adı altında qanunsuz miqrantları gəmiyə mindirərək onu yoldan çıxarıb, həmçinin onu hədələyib sənədlərini əlindən alıb. Kotelnikov 2024-cü il iyunun 11-də Rodos adası yaxınlığında həbs edilib”.

Share: