Bu şəhərdə ən çox 18 yaşdan kiçiklər yoluxur

İngiltərədə koronavirusa yoluxma ən çox paytaxt Londonda qeydə alınıb.

Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən həftə Londonda 100 min nəfərdə “COVID-19” aşkarlanıb. Yoluxma Henkok, Kent, Esseks şəhərlərində artmaqda davam edir.

Bundan əlavə, Henkokda koronavirus 11-18 yaşlarında olan yeniyetmə və gənclərdə aşkarlanıb. Bu yaş qrupundan təcili olaraq kütləvi test götürülməyə başlanılacaq.

Qeyd edək ki, Böyük Britaniyada virusdan ölüm sayına görə Avropada liderdir. Son 28 gündə həlak olanların sayı 63 min 82-yə çatıb

Share: