Bu şəxslər hərbi xidmətə çağrılmayacaq

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslər hərbi xidmətə çağırılır. Lakin doktarantura təhsili alanların əsgər gedib-getməyəcəyi sualı cəmiyyətdə maraq doğurur.

Bəs doktorantlar hərbi xidmətə çağırılacaq?

Millətin Səsi.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov Mətbuat.az-a açıqlamasında doktorantların alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlarını bildirib.

“Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər”, – deyə o əlavə edib.

Share: