Bu şəxslərin sosial sığorta ödəmələri ARTACAQ

“Minimum aylıq əməkhaqqının artımı sosial sığorta xərclərinin artımına təsir edəcək”.

Bu sözləri sığorta məsələləri üzrə eskpert Xəyal Məmmədxanlı Redaktor.az-a açıqlamasında bildirib.

Minimum aylıq əməkhaqqının artırılmasının sosial sığorta ödəmələrinə təsirini şərh edən ekspert bildirib ki, sosial sığorta məbləğində artımın olması normaldır:

“Əhalinin gəlirlərinin artmasına paralel olaraq, sosial sığorta ödəmələrinin artması qaçılmazdır. Bu artım bütün kateqoriyadan olan insanlara şamil olunacaq. Sosial sığorta məbləği vətəndaşının əməkhaqqına artımın neçə faiz təsir etməsinə əsasən hesablanacaq. Artım yalnız sosial sığorta haqqından azad olan şəxslərə şamil olunmayacaq. Ümumilikdə, kifayət qədər ciddi artımın olacağı gözləniləndir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabr 2019-cu il tarixdən etibarən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Share: