Bu serialın yayımı təxirə salındı

Türkiyənin sevilən serialarından olan “Jet Sosyete”nin yayım tarixi başqa vaxta keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatıdır. Aktrisa və senarist Gülse Birsel bu haqda sosial mediadan açıqlama verib.

“Ağlımızda şəthdlərimiz, həyatını itirən uşaqlar varkən, ürəyimiz mübarizə aparan qardaşlarımızla ikən bu gün mövsümü açmamağa qərar verdik. Komediya yaxşıdır, ancaq nə siz, nə də biz bu gün əylənəcək vəziyyətdə deyilik. İcazənizlə növbəti mövsümün ilk bölümünün yayımını təxirə salırıq. Daha gözəl bir gündə görüşmək ümidi ilə” deyə, o yazıb.

Share: