Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Rəvan Sığorta ASC-yə verilmiş 15 oktyabr 2009-cu il tarixli lisenziya ləğv edilib.
AMB-dən Milletinsesi.az-a verilən məlumata görə, bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, könüllü müraciət əsasında qəbul olunub.
Bununla da, ölkədəki sığorta şirkətlərinin sayı 21-dən 20-yə düşüb.