Türk Hava Yolları şirkətinin aşağı büdcəli törəməsi “Anadolujet” martın 29-dan 16 xarici ölkəyə, 28 istiqamətdə uçuşlara başlayacaq.
Report xəbər verir ki, onun uçuş istiqamətləri arasında Bakı, eləcə də Barselona, Berlin, Brüssel, Frankfurt, Təl-Əviv, Münhen, London kimi böyük şəhərlər də var.
Aviaşirkət reysləri 57 təyyarə ilə yerinə yetirəcək.