Bu şirkətlərdə kütləvi yoluxma aşkarlandı – TƏBİB

Ölkəmizdə icra edilən test sayı yoluxma sayı baxımından optimal və səhiyyə göstəriciləri baxımından adekvatdır.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, bu günə qədər icra olunan testlərin 1,3 faizində pozitiv hallar qeydə alınıb: “Bu göstəricilər Operativ Qərargahın tibb bölməsi tərəfindən qeydə alınıb. Xaricdən ölkəyə qayıdan vətəndaşlarla təmasda olanlar üçün testlərin aparılması nəzərdə tutulur. Eyni zamanda, həkimlər, xəstələrlə təmasda olan şəxslərlə testlərin aparılması nəzərdə tutulur ki, bu da gündəlik test sayının 4 minə çatırılması deməkdir. Bu təhlillər əhalinin hansı hissənin koronavirusa yoluxma hallarının aşkarlanması üçündür”.

O əlavə edib ki, ən çox təhlükə biznes mərkəzləri, insanların kütləvi toplaşdığı iş yerlərindədir: “Təklif edirəm ki, bu yerlərdə liftlərin istifadəsi dayandırılsın. Müəssisələrdə koronavirusla mübarizə qaydalarına riayət olunsun. Bakı Tikiş Evində 64 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Eyni zamanda “Baku Ctill Company” şirkətində 58 yoluxma faktı aşkarlanıb. Həbsxanalarımızda yoluxma halları müşahidə olunub, bununla bağlı Ədliyyə Nazirliyi və TƏBİB-in müvafiq strukturları müalicə üçün cəlb edilib. Bu günədək həbsxanalarda 46 yoluxma faktı qeydə alınıb”.

O bildirib ki, yoluxma hallarının yüksək olması hüququ şəxslərin məsuliyyətsizliyinin göstəricisidir: “Hüquqi şəxslər qaydalara riayət etməməklə cinayət məsuliyyəti daşıyırlar”

Share: