Bu ştatda “TikTok” tam qadağan edilir 

Bu ştatda “TikTok” tam qadağan edilir 

ABŞ-ın Montana ştatında “TikTok” tətbiqinin tam qadağan edilməsinə qərar verilib. 

 

Modern.az xəbər verir ki, qanun layihəsi 54 səslə qəbul edilib, 43 nəfər əleyhinə çıxıb.

 

Montana qubernatoru Qreq Gianforte qanun layihəsini imzalasa, bu ştat ABŞ-da Çinə məxsus sosial media platformasını tamamilə qadağan edən ilk ştat olacaq.

 

Qeyd edək ki, bundan əvvəl bəzi ştatlarda sadəcə dövlət işçilərinə “TikTok” qadağan edilib.

Mənbə

Share: