Bu tədbirdə ziyarətçilərin bəcikinə çip qoyulubmuş – Foto

Bu tədbirdə ziyarətçilərin bəcikinə çip qoyulubmuş – Foto

“Bu il keçirilən növbəti Mobil Dünya Konqresində – MWC23 -də qəribə hadisə baş verib”.

Bu barədə məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ictimailəşdirib.

O.Gündüz qeyd edib ki, Huawei-in stendinə gələn ziyarətçilər, ayrıldıqları zaman öncədən bu şirkətdən verilən nişanları(badge) və boyunbağılarını geri qaytarmalı olublar: “Çünki şirkət bunu belə tələb edib. Bu, bir çox ziyarətçilərə maraqlı gəlib.

Huawei bəciklərini geri qaytarmaqdan imtina edən bəzi ziyarətçilər ona əlavə olunan kiçik bir plastik detalı sökərkən çox təəccübləniblər, onun içərisindən elektron çip çıxıb.

Bəzi ekspertlər bunun ziyarətçiləri izləmək üçün istifadə edildiyini vurğulayıblar.

Şübhələnmək üçün əsaslar yaranıb ki, Huawei bundan istifadə edərək real vaxtda rəqib stendlərdə baş verənlərlə bağlı, ziyarətçilərin vasitəsilə məlumatlar toplayıb.

Huawei isə bununla bağlı yaranan narazılıqlardan sonra, RFID və Bluetooth texnologiyasından istifadə edərək, “xidmət keyfiyyətini artırmaq üçün yalnız dəvətlilərimizin məhsullarımızdakı ümumi maraqlarını təhlil etmək məqsədilə” məlumatların toplandığını və bu məlumatların qorunduğunu bildirib”.

Onun sözlərinə görə, baş verənlərin MWS-in təşkilatçısı olan GSM Assosiasiyası (GSMA) üçün də utancverici olduğu qeyd edilib: “Maraqlıdır ki, GSMA -in gəlirinin əsasını təşkil edən MWS sərgisinin üç böyük sponsorundan biri Huawei, digərləri isə Ericsson və Nokia-dır. GSMA baş verənlərin araşdırıldığını bildirib.

Məlum olduğu kimi, son illərdə Huawei “Çin hökuməti ilə əməkdaşlıq” ittihamı ilə ABŞ, Böyük Britaniya və digər ölkələrin sanksiyaları altındadır.

Yeri gəlmişkən, Huawei texnologiyaları ölkəmizdə də xeyli populyardı. Bir çox dövlət və özəl sektor qurumları digər texnologiyalara nisbətən ucuz olduğuna görə Huawei texnologiyalarına üstünlük verirlər. Elə bir müddət öncə, maraqlıdır ki, Azercell-in böyük tenderlərindən birini də Huawei qazanıb. Güman etmək olar ki, hazırda testdən keçirdiyi 5G infrastrukturunu Azercell məhz Huavei-in 5G texnologiyaları əsasında qurmağı hədəfləyib.

Məhz Huawei-in 5G texnologiyalarının ABŞ və digər ölkələrdə sanksiya altında olduğunu nəzərə alsaq Azərbaycanda kritik infrastruktura daxil olan dövlət və özəl qurumların bu tip addımları da xeyli düşündürücüdür”.(qafqazinfo)

 

Mənbə

Share: