Bu tətbiqləri telefonunuzdan silin! – SİYAHI

“Avast” antivirus şirkəti “Android” smartfonlarda quraşdırılmaması tövsiyə olunan tətbiqetmələri açıqlayıb.

Sözügedən tətbiqlər smartfonu sözün həqiqi mənasında reklamla doldururlar.

Bu proqramlara “Shoot Them”, “Crush Car”, “Rolling Scroll”, “Helicopter Attack” (New), “Assassin Legend” (2020 – New), “Helicopter Shoot”, “Rugby Pass”, “Flying Skateboard”, “Iron it”, “Shooting Run”, “Plant Monster”, “Find Hidden”, “Find 5 Differences” (2020 – New), “Rotate Shape”, “Jump Jump”, “Find the Differences” (Puzzle), “Sway Man”, “Desert Against”, “Money Destroyer”, “Cream Trip” (New) və “Props Rescue” aiddir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə tətbiqlərin əsas hədəfi çoxlu sayda reklamları bütün əməliyyat sistemində əks etdirməkdir. Bu tətbiqlər yoluxduqları cihazda öz nişanlarını gizlədə bilirlər ki, bu da onların silinməsini çətinləşdirir.

Mütəxəssislər proqram seçərkən yüklənmə sayına diqqət yetirməməyə çağırırlar. Məsələn, yuxarıda adı çəkilən tətbiqlər “Google Play”dən səkkiz milyondan çox yüklənib./Sfera.az

Share: