Bu tarixdə Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin arta bilər – XƏBƏRDARLIQ

“İkinci dalğa anlayışı insanları bir az çaşdırır. Məsələ ondadır ki, bütün viruslu infeksiyalar dalğalarla olur və bu dalğalar yoluxma sayının artımı, azalması ilə müşahidə edilir. Ona görə də bunlara “dalğa” deyirlər”.

 

Bunu Milli.Az-a dünyanın bir çox ölkələrinin elan etdiyi koronavirusun ikinci dalğasının Azərbaycanda da başlaması ilə bağlı iddiaları cavablandırarkən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

O,”İkinci dalğa”nın payızda müşahidə ediləcəyini bildirib. Şöbə müdiri səbəbini payızda fəsillə bağlı koronavirus və digər yuxarı tənəffüs yollarının infeksiyalarına səbəb olan infeksiyaların sayının artacağı ilə əlaqələndirib:

“Konkret ikinci, üçüncü dalğanı bütün mütəxəssislər onun daha çox payız fəsli ilə bağlı olduğu üçün elə qiymətləndirirlər. Bu da onunla bağlıdır ki, payızda bütün viruslu xəstəliklər, o cümlədən koronavirus xəstəliyi, koronavirusdan törənən digər xəstəliklər – qrip və digər yuxarı tənəffüs yollarının infeksiyaları ilə müşahidə edilən xəstəliklər daha çox rast gəlinir. O zaman güclü, sürətli artım ola bilər. Ona görə ikinci, üçüncü dalğa baxımından bizim üçün ən narahat edici məqamyoluxma sayının artmasıdır. Bunun dalğa ilə, başqa bir səbəblərlə heç bir əlaqəsi yoxdur. Onun əsas səbəbi karantin tədbirlərinin yumşaldılmasından sonra təssüf ki, insanlar tərəfindən sanitar-gigiyenik normalara riayət etməmək durur.

Simptomu olmayanlarla yanaşı simptomlu xəstələrin artımını da müşahidə edirik artıq

Maskaların taxılmaması, məsafə gözlənilməməsi, əl gigiyenasının edilməməsi vəziyyəti bir qədər kritikləşdirib. İndi bunu ikinci, üçüncü dalğa adlandırılar, fərq etməz, amma bütün hallarda buartımla mübarizənin əsas məqsədi yoluxma sayının kəskin olaraq davamlı artmasının qarşısının alınmasıdır. Artım olduqca biz həm xəstə sayının artımını, həm də xəstəxanalara müraciət edənlərin sayında ciddi artım müşahidə edəcəyik. Simptomu olmayanlarla yanaşı simptomlu xəstələrin artımını da müşahidə edirik artıq. 65 yaşdan yuxarı olan, yanaşı xəstəlikləri olan koronavirusa yoluxmuş xəstələrin sayında artım müşahidə edirik. Ona görə Azərbaycanda bu baş verir. Yenə deyirəm hazırda istifadə edilənikinci, üçüncü dalğa əhəmiyyətsiz terminlərdir. Təcili tibbi yardıma, xəstəxanalara müraciətlər artıb.

Azərbaycan tam hazırdır yoluxanların sayının artımına

Son bir həftədə Gömrük Hospitalı koronavirus xəstələrini qəbul etməyə başlayıb, “Semaşko” artıq dünəndən koronavirus xəstəxanası oldu. Bu gündən də Göyçay, Zərdab, Ucar rayon xəstəxanaları da COVİD xəsətəxanaları oldu. Azərbaycan tam hazırdır yoluxanların sayının artımına. Amma əlbəttə ki, bu xoşagələn vəziyyətdeyil. Çünki, bunun da bir həddi var. Mümkün deyil ki, ölkədə 50 min xəstə olsun, bizim səhiyyə sistemimz ondan çökməsin. İtaliyada, İspaniyada, Amerikada və Böyük Brtitaniyadabu baş verdi. Ona görə də dövlət tərəfindən maskanın hamı tərəfindən taxılmasına, ictimai yerlərdə fiziki məsafənin saxlanılmasına ciddi riayət edilməs üçünbütün tədbirlər görülür.

Bütün xəstəxanalarımız getdikcə COVİD xəstəxanalarına çevriləcək

Bunu etməsələrnə qədər qısamüddətli karantin olsa da, az kömək edəcək. Ona görə də bütün xəstəxanalarımız getdikcə COVİD xəstəxanalarına çevriləcək. Həkimlərimizin daha çoxu koronavirusa yoluxan xəstələrin sayı artdığı üçün COVİD-lə məşğul olmağa məcbur olacaqvə burada ikibaşlı problem yaranır. Birincisi, həkimlər həddindən atıq yüklənir və kadr çatışmazlığı yaranacaq. Çünki bu həkimlər hamısı COVİD xəsətələri ilə işləməyə öyrəşməlidir. Bu heç də elə asan bir şey deyil. Xəstə sayı artarsa həmin həkmlərin və orta tibb personalının bu sahədə işləməyi üçün onların cəlb olunması tələb olunacaq. Burada ikinci problem yaranacaqdır ki, COVİD-ə işləyən həkimlərin sayı artdıqca digər xəstələrlə işləyən insanların sayı azalmış olacaq. Yəni, sabah şəkərli diabetlə bağlı, böyrək problemi iləbağlı, kor bağırsaqlabağlı, öd kisəsinin problemi ilə bağlı müraciət edənlər əziyyət çəkəcək. Ona görə də bütün tədbirlər görülür ki, infeksiyaya yoluxma halı azalsın.

İnsanla insan arasında o kontakt ən azı 2-3 günlük, lazım olarsa bir həftəyə kəsilsin

Say artdıqca yavaş-yavaş digər xəstələrin həkimsiz, müraciət edəcəyi xəstəxanasız qalmaması üçünxəstəxanalar tədricən COVİD xəstəxanalarına çevrilir. Yoluxma halı insandan insana keçdiyi üçün bunun qarşısının alınmasının yeganə yolu inanlar arasında kontaktın kəsilməsidir və bu kontaktın ideal olaraq uzunmüddətli ölkə boyunca kəsilməsi labüddür. Bakı, Lənkəran, Abşeron, hansı ki, narıncı, qırmızı zonalardır, onlarda insanlar arasında ciddi sərt karantin tədbirləri vasitəsi ilə uzunmüddətli kontaktın kəsilməsiən ideal variantdır. Amma çox ağırdır və digər böyük fəsadlar verir. Ona görə də dövlət tərəfindən müvəqqəti qısamüddətli karantinlər tətbiq olunur ki, insanla insan arasında o kontakt ən azı 2-3günlük, lazım olarsa bir həftəyə kəsilsin. Bu, imkan verir ki, yoluxma sayı ciddi artmasın. Bəli, yoluxma sayı stabil artır, stabil olaraq yuxarıda üç rəqəmli qalır, amma kəskin artmır. Ona görə bunu bizdə “ikinci dalğa”, “üçüncü dalğa” adlandırırlar. Bu mənasızdır. “İkinci dalğa” deyəndə yaxşı olar ki, hamımız payızı nəzərdə tutaq. Çünki payızda fəsillə bağlı koronavirus və digər yuxarı tənəffüs yollarının infeksiyalarına səbəb olan infeksiyaların sayı artacaq. O zaman biz yoluxma sayında artım müşahidə edə bilərik. Amma indiki yoluxmanın artımın səbəbi karantin tədbirlərinin yumşaldılması nəticəsində insanların sanitar-gigiyenik normalara tam şəkildə riayət etməməsidir”.

Share: