Dünyada yayılan koronavirus pandemiyasına baxmayaraq, Türkmənistan Novruz bayramını kütləvi şəkildə qeyd edəcək.
Milletinsesi.az xəbər verir ki, bu barədə ölkənin rəsmi TDX agentliyi məlumat yayıb.
Məlumata görə, bu gün Prezident Qurbanqulu Berdiməhəmmədov kütləvi ağacəkmə kampaniyasına qatılıb. Prezidentlə yanaşı deputatlar, hökumət üzvləri, ictimai təşkilatlar, ali məktəblər, KİV, eləcə də digər şəxslər kampaniyaya qatılıb.
Qeyd edək ki, Türkmənistanda ənənəvi olaraq martın 21-22-də novruz bayramı qeyd edilir. Eləcə də, martın 21-də patyatxt Aşqabadda Novruz şənlikləri təşkil edilir.