Bu ucuz məhsullar dərinizi mükəmməl edəcək!

Təmiz baxımlı dəri və parlaq canlı saçlar istənilən qadını gözəl edə bilər.

Bəzi qida məhsullarının istehlakı dərinin vəziyyətini yaxşılaşdıra, onu daha sağlam və cavan edə bilər.

Sağlamolun.az Anews nəşrinə istinadla dərini yaxşılaşdıran məhsulların siyahısını təqdim edir.

1. İlk növbədə mütəxəssislər adi yerkökünə fikir verməyi tövsiyə edirlər. Yerkök dəri üçün ən faydalı məhsuldur. Yerkökü beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə “gənclik vitamini” kimi tanınan A vitamininə çevrilir. A vitamini dərinin rəngini yaxşılaşdırır, onu daha təravətli edir.

2. Yumurta dəridə qocalma proseslərini ləngidir, dərini daha dartılmış edir. Bunun səbəbi yumurtanın tərkibində olan lütein maddəsidir.

3. Qatıq bağırsaqların mikroflorasını yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Bağırsaqların fəaliyyətində problemlərin olması dərinin vəziyyətinə çox pis təsir edir.

Digər tərəfdən bağırsaq mikroflorasının yaxşılaşması immuniteti möhkəmləndirir. Güclü immunitet isə orqanizmdə qocalma və dağılma proseslərini ləngidir.

Qatığın tərkibində olan kalsim tək sümükləri deyil, dərini də möhkəmləndirir.

4. Kivi güclü antioksidant olan və dərinin cavanlığını və elastikliyini qoruyan C vitamini ilə zəngindir.

Həmçinin kivi bağırsaqları çox yaxşı “işlədir”. Qəbizlik gözəl dərinin ilk düşmənidir.

5. Buğda kəpəyi B qrupu vitaminlər, vacib minerallar (kükürd, kalsium, sink və s.), qidalı liflərlə zəngindir. Bütün bu maddələr dərinin vəziyyətini yaxşılaşdırır, dərini cavanlaşdırır.

Share: