Formula-1 SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.
ONA-nın xəbərinə görə, bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.
Hər 3 ali məktəbin mətbuat xidmətlərindən ONA-ya verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları Formula-1 yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.
Universitetlərin qalan korpuslarında isə tədris davam edir.