Heydər Əliyev prospekti mərkəz istiqamətində orta yolda aparılan təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılıb.
Bu barədə Milletinsesi.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda bu səbəbdən qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur.
Sürücülərdən sözügedən yoldan istifadə edən zaman sıxlığın nəzərə alınması xahiş olunur.