Bu yolda maşınların hərəkətinə məhdudiyyət tətbiq edildi

Qaradağ rayonunun “Lökbatan” dairəsindən  mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Millətin Səsi.az- a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi yolda aparılan təmir işləridir.

Share: