Bu yollarda tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə Millətin Səsi.az-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesində – (Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər)

2. Moskva prospektində – (Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər – əsas və kənar yol)

3. Binəqədi şossesində – (Biləcəi-Baksol yolu ilə kəsişmədən –mərkəz –“Azadlıq prospekti” metro stansiyası istiqamətində)

4. Rövşən Cəfərov küçəsində – (20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində)

5. Abdulvahab Salamzadə küçəsində – (Tbilisi prospekti ilə kəsişmədən Ziya Bünyadov prospekti ilə kəsişməyədək)

6. Ziya Bünyadov prospektində – (Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində)

7. Tbilisi prospektində – (20 Yanvar dairəsindən izmir küçəsi istiqamətində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər)

8. Şəfayət Mehdiyev küçəsində – (Tbilisi prospektinə çıxan hissədə)

9. Abbasqulu ağa Bakıxanov küçəsi – (İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək, Türkiyə səfirliyi istiqamətində)

10. Heydər Əliyev prospektində – (Ağa Neymətulla küçəsi ilə kəsişmədən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda)

11. Xətai prospekti – (Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər)

12. Ağa Neymətulla küçəsində – (Heydər Əliyev prospekti ilə kəsişmədən “Nəriman Nərimanov” metrosu istiqamətində)

13. Yusif Səfərov küçəsində – (Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində)

14. 28 May küçəsində – (Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək)

15. Dilarə Əliyeva küçəsində – (Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə)

16. Şəmsi Bədəlbəyli küçəsində – (Qış parkının yanından Rəşid Behbudov küçəsi ilə kəsişməyədək).

Share: