Büdcədə 7 milyard manatdan çox qalıq yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 milyard 719,8 milyon manat, xərcləri isə 22 milyard 569,6 milyon manat təşkil edib.

 

Bu barədə Modern.az-a Maliyyə Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1 % və 16 % çoxdur.

 

Son nəticədə icmal büdcədə 7 milyard 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: