“Avroviziya” yarışmasının keçirilməsinə bir neçə ay qalsa da, bukmekerlər qalib olacaq ölkə ilə bağlı fikirlərini bölüşməyə başlayıb.
Axşam.az-ın məlumatına görə, “EurovisionWorld” portalı bukmekerlərin fikirlərinə əsasən top siyahı hazırlayıb. Siyahıda ilk yerdə hazırda Rusiyanın hücumuna məruz qalan Ukrayna yer alıb. Ukraynanı təmsil edən “Kalush Orchestra” ölkəsini “Stefania” mahnısı ilə təmsil etməyə hazırlaşır.
Siyahıda Ukraynadan sonra ikinci yeri İtalya tutur. İtalyanı təmsil edən “Mahmood & Blanco” ikilisi “Brividi” mahnısını oxuyacaq. Bukmeykerlərin səsverməsinə görə üçüncü İsveçrədir. Bu ölkənin təmsilçiləri isə hələ açıqlanmayıb.
“Avroviziya 2022″nin qalibləri siyahısında ilk beşlikdə Yunanıstan və Polşa da yer alıb.
Qeyd edək ki, müsabiqə mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək. Azərbaycanı “Səs Azərbaycan” müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək.