Meksikadan olan elm adamları, yalnız buruna taxılan koronavirusdan qoruyan fərdi qoruyucu bir vasitə hazırlayıblar.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Mask Eating” adlanan ixtiranın müəllifləri Meksika Milli Politexnik İnstitutunun tədqiqatçılarıdır. Tərtibatçıların sözlərinə görə, adi maskalar və respiratorların çıxarılması lazım olduğu yerlərdə – yemək yeyərkən, maye istehlakında, stomotoluqun qəbulunda və s. “Mask Eating”dən ənənəvi qoruma vasitələrinə alternativ olaraq istifadə etmək olar.
Layihə koordinatoru Akosta Altamiranonuhn sözlərinə görə, burun maskası yaratmaq fikri dünyada koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxmasından irəli gəlir.
Yeni maskanı hazırlayarkən elm adamları ən kiçik hissəciklərin belə keçməsinə imkan verməyən materiallardan istifadə ediblər.
Hazırda böyük şirkətlərdən biri ilə yeni tip maskaların kütləvi istehsalı ilə bağlı danışıqlar aparılır.