
“İsrail və Fələstin arasındakı bu qarşıdurma artıq müharibə deyil. Bu insanlıq faciəsi, vəhşi terrorizm və iki xalqın bir-birinə etdiyi dəhşətli soyqırımdır. Fələstini də, İsraili də dəstəkləyənlər orada axan hər məsumun qanına görə Allah qatında məsuliyyət daşıyırlar”.
Bu sözləri Əməkdar artist Mehriban Xanlarova israil-Fələstin münqişəsi ilə bağlı fikirlərini bölüşərkən bildirib. Aktrisa məsələyə belə münasibət bildirib:
“Vicdanlı insan bu qarşıdurmada heç kimə tərəf olmaz. Çünki hər iki tərəf açıq-aşkar səhv yoldadır. Nə İsrailin etdiyinin yəhudilikdə yeri var, nə də Həmasın etdiyinin İslamda yeri var.
Azərbaycan Silahlı Qüvvələri tək bir mülkü vətəndaşı belə hədəf almadan bütün düşmənlərini Qarabağdan təmizlədi. Əsl kişilik, müharibə, qəhrəmanlıq budur. Yoxsa namərdcə dinc əhalinin üzərinə roketlər yağdırmaq qəhrəmanlıq deyil, vicdansızlıq və əxlaqsızlıqdır. Bunun Allah qatındakı qarşılığı çox böyük olacaqdır.
Fələstinlilər və israillilər hz.İbrahimin soyundan gələn iki qardaş xalqdır. Qardaşın qardaşı öldürməsi “şeytan”ların kirli oyunudur”.