Bunları edin, üzünüzdəki ləkələrdən qurtulun

Cildinizdəki ləkələrdən qurtulmaq üçün dərman vasitələri və lazer kimi müalicə üsulları kömək etmirsə, təbii vasitələrdən yararlanın.

Limonlu su – Dəridəki ləkələri yox edən ən təbii vasitələrdən biridir. Dərinin ölmüş hüceyrələrdən təmizlənməsində əvəzsiz vasitədir. Pambığı limon suyuna batıraraq dərinizə çəkin və quruduqdan sonar ilıq su ilə yuyun.

Alma sirkəsi – Dəridəki ləkələrin rəngini açaraq azalmasına səbəb olur. Hər gün yatmazdan əvvəl dərinizə alma sirkəsi sürtün və səhər yuxudan oyananda üzünüzü su ilə yuyun.

Aloe maskası – Yanıq, çat və ləkələrin təmizlənməsində istifadə edilir. Aloe suyunu dərinizə vurduqdan yarım saat sonra ilıq su ilə yuyun.

Soda – Dəridəki ləkələri aradan götürməklə yanaşı, onların yenidən yaranmasının da qarşısını alır. Həftədə bir neçə dəfə tətbiq edə bilərsiniz. Dəridə 5 dəqiqə saxlanmalıdır.

Xiyar qabığı – Dərini sakitləşdirən və hüceyrələri təmizləyən vasitədir. Xiyar qabıqlarını üzünüzdə yarım saat saxlayın. Daha sonar üzünüzə su vurmağa belə ehtiyac yoxdur.

Portağal – Portağal qabıqlarını üzünüzə yerləşdirib bir qədər gözləyin, daha sonra ilıq su ilə yuyun.

Kətan toxumu – Su ilə qarışdırıb maska halına saın və bez parçası ilə dərinizə sürtün.

Pomidor dilimləri – tərkibindəki maddələr yeniləyici xüsusiyyətə malikdir. Xiyar qabıqları kimi, pomidor dilimlərini də üzünüzə qoyaraq gözləyin. Tədricən dəridəki ləkələrin azaldığını görəcəksiniz.(Qafqazinfo)

Share: