Son vaxtlar bəzi media orqanlarının müxtəlif məsələlər, hətta siyasi mövzularla bağlı ekstrasenslərə müraciət etməsi müşahidə edilir.
Maraqlıdır, media və ekstrasenslər arasındakı bu əməkdaşlıq hansı mətləblərdən xəbər verir? Əsas funksiyası maarifçilik olan medianın ekstrasenslərə üz tutması nə dərəcədə normaldır?
Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev bu cür halların qəbuledilməz olduğunu bildirib:
“Təbii ki, medianın ekstrasenslərə üz tutmasını doğru hesab etmirəm. Bunu hansı media orqanı edirsə, demək onun əlacı kəsilib. Məncə bunu ancaq belə izah etmək olar”.
Seymur ƏLİYEV