burada hansı əlaqə var və ağrını necə yüngülləşdirmək olar?

“Qadınlarda miqrenin inkişaf riski kişilərə nisbətən 3-4 dəfə yüksəkdir…”

 

Həkim izah edir və məsləhət görür: heç demə, qadınlarda baş ağrıları hormonal tsiklərlə bağlıdır

 

Bir çox qadınlar menstruasiya zamanı güclü baş ağrılarından əziyyət çəkir. 

 

Moderator.az xəbər verir ki, bu barədə “vesty.co” nəşri yazıb.

 

Nevroloq və alqoloq (ağrı sindromunun müalicəsi üzrə mütəxəssis) doktor Rahel Herinq-Hanit elmi əsasları təqdim edir və bunun öhdəsindən necə gəlməyi məsləhət görür.

 

“Qadınlarda miqrenin inkişaf riski kişilərə nisbətən 3-4 dəfə yüksəkdir, – həkim deyir. – Qadınlarda ağrı tutmaları tez-tez baş verir və daha intensiv və uzunmüddətli olmaqla müalicəyə çətin tabe olur.

 

Lakin 11-12 yaşadək miqren qızlara nisbətən oğlanlarda daha tez-tez rast gəlinir və yalnız menstruasiyalar başlananda vəziyyət əks istiqamətdə dəyişir”.

 

– Menstruasiya tsikli miqrenlə necə əlaqəlidir?

 

– Miqrenə meyllik olanda hormonal dəyişikliklər tutmalara sövq edə bilər. Ən ağır, uzunmüddətli və müalicəyə çətin tabe olan tutmalar məhz menstruasiya dövründə baş verir.

 

“Neurology” jurnalında dərc edilən yeni tədqiqat bunun izahını belə təqdim edir: menstruasiya ərəfəsində estrogen hormonunun miqdarı azalır, bu da CGRP maddəsinin (kalsitonin-gen birləşmiş peptid) ifrazını gücləndirir, bu da miqren tutmasına gətirib çıxarır.

 

– Digər hormonal dəyişikliklər miqrenə təsir göstərə bilərmi?

 

– Estrogenin miqdarı ilə tutmalar arasında əlaqə təkcə menstruasiya zamanı deyil, həyatın başqa dövrlərində də müşahidə edilir. 

 

Hamiləliyin ilk 12 həftəsində vəziyyət pisləşə bilər, menstruasiyalar kəsiləndən sonra isə tutmalar azalır, bəzən tam keçə bilər.

 

Miqrenin hormonal dəyişikliklərlə əlaqəsi həm də sonsuzluğun müalicəsi zamanı hormonal preparatların tətbiqi səbəbindən müşahidə edilir.

 

Bəzi qadınlarda tutmalar kontraseptiv həblərin qəbulu ilə eyni zamanda başlayır.

 

– Bəs, nə etməli?

– Kontraseptiv preparatların qəbulu zamanı tərkibində proqesteron olan həblər qəbul etmək arzuolunandır. Adətən bağlamada 25 həb onları hər gün qəbul etmək vərdişini saxlamaq üçün plasebodur (təlqin üçün müalicəvi əhəmiyyəti olmayan ziyansız maddə). 

 

Hormonal fonu sabitləşdirmək üçün mən miqrendən əziyyət çəkən qadınlara bir ay müddətində plasebo deyil, əsl preparat qəbul etməyi tövsiyə edirəm. Bu məsləhət oral kontraseptiv preparatlar qəbul edən qadınlara aiddir. 

 

Son zamanlaradək miqrenə qarşı əsas preparatlar analgetiklər (ağrıkəsicilər) olub, onların da effekti məhdud olub.

 

Solaraq triptan qrupundan olan İmitrex, Zomig, Rizalt və Relert kimi dərman preparatlarının qəbulu mümkün olub. Bu dərmanlar yalnız bəzi pasiyentlərə kömək edib və ürək-damar xəstəliklərində əks göstəriş olub.

 

CGRP-nin blok edilməsi

Son illər miqrenə qarşı preparatların yeni nəsli meydana çıxıb. Onlar CGRP-nin miqdarını azaldır, bu da xəstənin vəziyyətini yüngülləşdirir. 

Bu preparatlar tutmaların qarşısını almağa kömək edir, habelə, başlanan tutmanın intensivliyini aşağı salır.

Bu seriyadan olan ilk vasitə Amerikanın dərmanlar və ərzaqlara nəzarət üzrə Federal Agentliyi (FDA) tərəfindən 2018-ci ildə sertifikatlaşdırılıb.

“Yeni dərmanlar əvvəllər yalnız iynə formasında tətbiq edilib, lakin bu yaxınlarda həm də həblər meydana çıxıb, – doktor Herinq-Hanit izah edir. – Yeni təqdiqat nədən bu dərmanların hormonal dəyişikliklərlə bağlı miqren tutmalarında kömək etdiyini izah edib”.

Mənbə

Share: