Aktyor cütlük Burak Özçivitlə Fahriye Evcen Bodrumdakı bağ evlərində dava ediblər.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, Özçivit cütlüyü gecə yarısı mübahisə etməyə başlayıb. Oğulları Karan səs-küydən qorxub ağlamağa başlayıb.
Cütlük daha sonra hovuz kənarına gedərək davanı orada davam etdiriblər.
Xəbərdə bildirilib ki, mübahisə zamanı köhnə hadisələri də müzakirə edən Evcen və Burakın səsini qonşuları da eşidib. Qışqırıq səslərindən narahat olan qonşular aktyorların evinə gələrək mübahisəni sakitləşdirməyə çalışıblar.