Buraxılış imtahanları kompüterlə keçiriləcək? – DİM sədrindən açıqlama

 

“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”.

Milletinsesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli – magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.

M.Abbaszadə bildirib ki, buraxılış kütləvi imtahan olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil: “Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.

Qurum rəhbəri əlavə edib ki, cari ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.

Mənbə

Share: