Buraxılış və qəbul imtahanlarının proqramları yüngülləşdirilib? – Məleykə Abbaszadə cavab verdi

Təhsil Nazirliyi ilə razılaşdırılmaqla buraxılış və qəbul imtahanları fənlərinin proqramları yenidən nəzərdən keçirilərək yüngülləşdirilib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, proqramların yüngülləşdirilməsi COVİD-19 pandemiyasının şərtləndirdiyi mürəkkəb epidemioloji vəziyyətin və onun yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirlərin tədris prosesinə təsirini, cəbhəyanı bölgələrdə torpaqlarımızın azad uğrunda həyata keçirilən əks-hücum əməliyyatının gedişi müddətində elan olunmuş hərbi vəziyyətlə bağlı onlayn tədris prosesinin dayandırılması ilə əlaqədar edilib.

M.Abbaszadə qeyd edib ki, DİM bundan sonra da qəbul kampaniyasını Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün şərtlərin yerinə yetirilməsi ilə həyata keçirəcək:

“DİM qəbul kampaniyasının bütün mərhələlərində imtahana hazırlıqla bağlı namizədlərə bütün dəstəyi göstərəcək”.

DİM sədri əlavə edib ki, bu ildən tarix fənni üzerə imtahan proqramına “Qarabağ uğrunda Vətən müharibəsi (ikinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib.

Share: