Azərbaycan Hava Yolları QSC-nin aşağı büdcəli törəməsi – “Buta Eyrveys” şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib.
Bu barədə Milletinsesi.az-a şirkətdən məlumat verilib.
Məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Odur ki J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə uçuş davam etdiriləcək.