Türkiyədə 23 aprel şənlikləri koronavirusa qarşı tədbirlər fonunda məhdudlaşdırılıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Ancaq sözügedən məhdudiyyətlər qardaş ölkənin23 aprel Uşaq Şənliyini təntənə ilə qeyd etməsinə əngəl olmayacaq. Bayram əhval-ruhiyyəsi axşam saatlarında ən çox evlərin eyvanlarında hiss ediləcək.
Belə ki, saat 21:00-da Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə bütün Türkiyə eyni vaxtda “İstiqlal marşı”nı oxuyacaq. Bu, televiziya kanalları vasitəsilə canlı yayımlanacaq.