Cəbhədə döyüşən hərbçimiz üçəm atası oldu

Cəbhədə döyüşən hərbçimiz Nadir İbadovun 5 illik övlad həsrəti bitib.

Axşam.az xəbər verir ki, hərbçimiz üçəm atası olub. Bu haqda AzTV süjet hazırlayıb. Bildirilib ki, N.İbadov ata olma xəbərini cəbhədə olarkən alıb.

İki oğlu, bir qızı dünyaya gələn çavuş oğullarına qəhrəman döyüşçülərimizin şərəfinə Polad və Mübariz, qıza isə Mehriban adını qoyub.

Share: