Cəbhədə öldürülən Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparılır

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşinin ərazidən təhlükəsiz təxliyyəsi üçün məlumatlandırılıb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Milletinsesi.az-a-bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi məsələdən xəbərdardır və bununla bağlı müvafiq qurumlarla konfidensial ikitərəfli dialoq aparılır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

 

Share: