“Çəkisi 50 kq olan boksçunun 100 kiloluq həmkarı qarşısında nə şansı ola bilər?”

“Çəkisi 50 kq olan boksçunun 100 kiloluq həmkarı qarşısında nə şansı ola bilər?”

“Fransa bütün silah arsenalını İrəvana versə də, Ermənistanın Azərbaycan qarşısında qalib gəlmək şansı yoxdur”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, iki dövlət arasındakı qüvvələr nisbəti birmənalı şəkildə Azərbaycanın xeyrinədir :

 

“Azərbaycanla Ermənistan arasında qüvvələr nisbəti olduqca böyükdür və bu fərq Azərbaycanın xeyrinədir. Bura sadəcə hərbi güc deyil, həm də iqtisadi faktor, insan resursu və s. daxildir. Bu fərq o qədər böyükdür ki, Azərbaycan Ermənistanı çox asanlıqla yenidən məğlub edə bilər. Buna görə də Ermənistana kimin hansı səviyyədə dəstək verməsindən asılı olmayaraq, bu nisbət pozulmayacaq və İrəvan əsla ölkəmzi qarşısnda uğur əldə edə bilməz. Təsəvvür edin ki, çəkisi 50 kq olan boksçunu 100 kiloluq boksçu ilə döyüşə çıxarmısınız. 50 kiloluq boksçuya gecə-gündüz məşq keçsəniz də, onu gecə-gündüz yedizdirsəniz də, o bu qarşıdurmada məğlubiyyətə məhkumdur. Ona görə də heç bir dəstək, heç bir yardım, heç bir himayə Ermnənistanı bu labüd sonluqdan – məğlubiyyətdən xilas edə bilməz”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: