Cəlilabadda məzuniyyətə gələn əsgər intihar edib

Cəlilabadda məzuniyyətə gələn əsgər intihar edib

Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

 

Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

 

İntiharın səbəbi hələlik müəyyən deyil. Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: