Cəlilabadda qayın gəlini bıçaqladı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Millətin Səsi.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Südabə Əlixan qızı Həsənova ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Bildirilir ki, hadisəyə mülk üstə düşən mübahisə səbəb olub.

S.Həsənova qaynı, 1976-ci il təvəllüdlü Mehdi Dədəxan oğlu Həsənov tərəfindən qətlə yetirilib.

Həmin vaxt M.Həsənov da bıçaq xəsarətləri alıb. Mehdi Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Share: