Cənubi Koreya yeni kosmik raketini sınaqdan keçirib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreya Milli Müdafiə Nazirliyi bərk yanacaq daşıyan raketin sınaq uçuşunu uğurla başa vurduğunu bildirib. Rəsmi Seul gələcəkdə peyklərin buraxılması üçün bu raketlərdən istifadə etməyi planlaşdırır.
Sınaq Şimali Koreyanın yüksək təzyiqə malik raket mühərrikini sınaqdan keçirməsindən sonra həyata keçirilib.
Akif İsmayılov