
Cənubi Koreya sahillərində qayıq batıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, batan qayıq balıqçı qayığı olub.
Bildirilib ki, 12 balıqçını daşıyan qayığın batması nəticəsində 9 nəfər itkin düşüb. 3 balıqçı isə yaxınlıqdakı gəmi tərəfindən sağ şəkildə xilas edilib.
Hazırda axtarış-xilasetmə tədirləri davam etdirilir. Məlumata görə, qayığın batmasının səbəbləri araşdırılır.