Cənubi Koreyada təyyarə qəzası: 179 ölü – Anbaan video

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində 62 nəfər ölüb. 

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.

Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

Qəzaya uğrayan Boinq-737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib.

***

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Boinq-737-800-ün qurbanlarının sayı 62-dən 85-ə yüksəlib.

***

Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən Boinq-737-800 sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.

Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər də ölmüş hesab olunur.

Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur.

Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

***

Son məlumatlara görə, ölənlərdən 120-sinin meyiti tapılıb.

Share: