
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Kanvondo əyalətinin Xenson dairəsində qəzaya uğrayıb.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri bildiriblər.
Məlumata görə, yüngül “Ka-1” qırıcısının qəzaya uğradığı ehtimal olunur. Təyyarənin göyərtəsindəki iki pilot katapult edərək sağ qalıb. Onlar yaxınlıqdakı hospitala aparılıb.
Başqa bir məlumata görə, Şimali Koreya ərazisindən Cənubu Koreyanın hava məkanına uçan PUA-ya xəbərdarlıq atəşi açılıb.