Cənubi Qafqaza maraq azalıb – Paşinyan

Cənubi Qafqaza maraq azalıb, praktiki olaraq indi bütün beynəlxalq diqqət Ukraynaya yönəlib.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibəsində bildirib.

 

O qeyd edib ki, 24 fevral 2022-ci il tarixindən etibarən Minsk Qrupunun həmsədrləri qarşılıqlı əlaqəni dayandırdılar.

 

“Bəzi ölkələr qərara gəldilər ki, prosesin digər iştirakçıları ilə artıq əlaqə saxlamaq istəmirlər, buna görə də problemlər yaranıb”, – Paşinyan deyib.

Mənbə

Share: