
“Cənubi Qafqazda sülh üçün imkan yaranıb”.
Moderator.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də müsbət təsir edəcək:
“Azərbaycanda olanda həmkarım İlham Əliyevlə Ermənistanla münasibətlərin normallaşmasına dair müzakirələr apardıq. Artıq regionda sülh üçün imkan yaranıb. Bu fürsətin əldən verilməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır”.