Cəsədi tapılan 4 nəfərin ölüm səbəbi məlum olub 

Cəsədi tapılan 4 nəfərin ölüm səbəbi məlum olub 

Bakının Nərimanov rayonunda 4 nəfərin ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir:

 

“Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub”.

Mənbə

Share: