“Çəyirtkə vəbası” yayıla bilər – BMT-dən xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatı (BMT), ən böyük çəyirtkə işğalının Keniya, EfiopiyaSomalidə baş verdiyini, burada çəyirtkələrin sürətlə yayılmağa davam etdiyini və 13 milyon insanın təhlükə altında olduğunu xəbərdar edib.

Milletinsesi.az xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok, Şərqi Afrikada həyəcan verici çəyirtkə işğalına diqqət çəkib.

Lovkok, Keniyadakı ən pis çəyirtkə infeksiyasının son 70 ildə olduğu, Efiopiya və Somalidə 13 milyon insanın qida təhlükəsizliyinin təhlükə altına düşdüyünü xəbərdar edib.

Ciddi humanitar böhranla qarşılaşacaq

Çəyirtkə istilasına qarşı təxirəsalınmaz tədbir görülməsə, Şərqi Afrika ölkələrinin fəlakətə məruz qalacağını və ciddi bir humanitar böhranla üzləşəcəyini bildirən Lovkok, çöl çəyirtkələri ilə mübarizə planı üçün 76 milyon dollar lazım olduğunu söyləyib. Lovkok iqlim dəyişikliyinin çəyirtkə sayının artmasında və onların sürətli yayılmasında da təsirli olduğunu bildirib.

Çəyirtkə “vəbası” xəbərdarlığı edilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib ki, bütün bölgə çəyirtkə istilasından təsirlənərsə və bir il ərzində vəziyyət nəzarət altına alınmasa, “çəyirtkə vəbası” yayıla bilər. Şərqi Afrikada yayılmağa davam edən çöl çəyirtkələri Keniya, Somali və Efiopiyadan sonra Uqandaya və Tanzaniyaya çatıb. Hər gün 150 kilometr məsafəni qət edə bilən və keçdikləri bölgədəki məhsullara ziyan vuran çəyirtkə qida təhlükəsizliyinə təhlükə yaradır.
Bir kvadrat kilometrə 40-80 milyon çəyirtkə cəmi bir gündə 35 min insan üçün kifayət edəcək yemək yeyə bilər.(sia.az)

Share: