Cəzbedici, “yoxa çıxan” xəzinə – “taclı mirvari”…

“Putinin Ukrayanın cənubunda apardığı müharibənin məqsədi Qara dəniz üzərində, təbii sərvətlər və regionda mühüm enerji mənbələrinə strateji nəzarətə nail olmaqdır…”

“Putin “ağ qızıl” adlandırılan litiuma sahib çıxmaq istəyir…”

“Ukrayna dünyada nadir faydalı qazıntılarına, ilk növbədə litium, kobalt və nikelin zəngin ehtiyatlarına görə Avropada ikinci ölkədir…”

“Litium elektron sənayenin müxtəlif sahələrində, o cümlədən mobil telefonlar, portativ kompüterlər, dronlar, elektromobillər istehsalında istifadə edilən akkumulyatorlar üçün vacibliyinə görə “taclı mirvari” adlandırılır…”

“Müasir elektron avadanlığının mühüm tərkib hissəsi olan litiuma dünyada tələbat yaxın 5 ildə 250 faiz artacaq və 2025-ci ildə bir milyon ton təşkil edəcək…”

“Əgər Kreml zəbt etdiyi Ukrayna ərazisini ilhaq etməyə müvəffəq olarsa, Kiyev öz yataqlarının üçdə bir hissəsinı çıxışını həmişəlik itirəcək…”

Rusiyanın Ukraynanın cənubunda apardığı müharibənin məqsədi Qara dəniz üzərində, təbii sərvətlər və regionda mühüm enerji mənbələrinə strateji nəzarəti ələ keçirməkdir…

Ukraynanın öz limanlarına çıxışını bağlamaqla və onun əsas ticarət-iqtisadi arteriyalarını əngəlləməklə Kreml sahibi Ukraynanın nəhəng təbii qaz ehtiyatlarını, habelə nadir faydalı qazıntılarını, o cümlədən və başlıcası “ağ qızıl” adlandırılan litiuma sahib çıxmaq istəyir.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Maariv” qəzeti yazıb.

Litium metalına dünyada tələbin 250 faiz artacağı gözlənilir və bu metal müasir elektron avadanlığının mühüm tərkib hissəsidir.

Hələ müharibədən öncə Ukraynanın dünyada ən iri litium ehtiyatlarının malik olduğu elan edilib, bu da elektromobil istehsalı və bərpa olunan enerji saxlanma sistemləri kimi sahələrdə inkişaf edən Avropa, Avstraliya və Çin şirkətlərində maraq oyadıb.

Bu amillər, hər şeydən göründüyü kimi, Rusiyanın energetika gücünün və onun beynəlxalq aləmdə geosiyasi mövqelərinin möhkəmləndirilməsi ideyasına mübtəla olan Putinin də diqqətini çəkib.

Məlumdur ki, Ukrayna neft, kömür və təbii qazın geniş spektri ilə yanaşı, enerjidaşıyıcılarına və nadir faydalı qazıntılara, ilk növbədə litium, kobalt və nikelin zəngin ehtiyatlarına görə Avropada ikinci ölkədir.

Rusiya hərbi donanması tərəfindən qiyməti xammalı və mallarını Avropa İttifaqı ölkələrinə, Afrika və Yaxın Şərqə kənd təsərrüfatı mallarını göndərdiyi Qara dəniz limanlarının blokadaya alınması Kiyevə böyük iqtisadi meydan oxumaqdır.

Bundan da betəri Rusiyanın Ukrayna iqtisadiyyatının əsasını təşkil edən təbii sərvətlrinin böyük hissəsinin olduğu ölkənin cənub regionlarını işğal etməsi Ukraynanın dövlət kimi mövcud olmasına gerçəkdən təhlükə törətməsidir.

Ukrayna hökumətinin məlumatlarına görə, ölkənin qara metallurgiyası 2021-ci ildə ixracın ümumi həcminin 22, 4 faizini, qida sənayesinin payı isə 30 faizdən çox təşkil edib.

Bu gün Ukrayna mallarının bir hissəsinin ixracını dəmiryollar vasitəsilə həyata keçirməyə məcburdur, lakin rusiyalı hərbçilər qəsdən bütün Ukrayna boyunca nəqliyyat infrastrukturunu və elektrik stansiyaları atəşlərə məruz qoyur və sistematik olaraq onun alternativ ticarət və nəqliyyat yollarını məhv edir.

Bundan başqa, Ukraynanın Qara dəniz sahili boyunca təbii sərvətlərin zəngin və toxunulmayan yataqları özündə nəhəng energertik və iqtisadi potensial ehtiva edir. Bu resurslar quruda təxminən bir trilyon kub metr təşkil edən qaz ehtiyatlarından xeyli çoxdur.

Rusiyanın bu ehtiyatları, habelə Şebelinka qaz yatağından Dnepropetrovsk, Krivoy Roq, Odessadan keçən və Zaporojye, Nikolayev və Xersona qolları olan, daha sonra Moldovadan Cənub-Şərqi Avropaya gedən qaz kəmərinin ələ keçirilməsi Kreml üçün mühüm geostrateji dominantlığı təmin edəcək və Moskvanın enerji mənbələri və enerji resurslarını artırmağa imkan verəcək.

Bundan başqa, Ukrayna xəritəsinə baxsaq, görərik ki, bərpa olunan energetika, o cümlədən turbinlər və Günəş batareyalarının işlənib hazırlanması və istehsalı sahəsində işləyən yerli və xarici şirkətlərin əksəriyyəti məhz ölkənin cənubunda yerləşir.

Putin iqtisadi səmərəliliyin effektliliyi mülahizələrini rəhbər tutaraq Ukraynada enerji mənbələrinin müxtəlifliyi barədə gözəl məlumatlıdır.

Ölkənin cənub-şərqinin ən mühüm faydalı qazıntıları “yoxa çıxan xəzinə” adlandırılan litium, kobalt, mis və nikel ehtiyatlarıdır. Bu faydalı qazıntılar diaqonal üzrə bütün Ukraynadan keçib gedən, cənub-şərq tərəfə uzanan və “Ukrayna qalxanı” kimi tanınan böyük bir coğrafi məkanda yerləşir.

O cümlədən litium böyük dəyərinə və elektron sənayenin müxtəlif sahələrində, o cümlədən mobil telefonlar, portativ kompüterlər, dronlar, elektromobillər istehsalında, həmçinin bərpa olunan enerji mənbələri üçün istifadə edilən akkumulyatorlar üçün vacibliyinə görə  Ukrayna faydalı qazıntılarının “taclı mirvari”si adlandırılır.

Litium yaraqlarının 1940-cı ilin sonlarında kəşf edildiyi andan və xüsusilə inkişafda olan portativ elektronika istehsalı və elektrik mühərriklərinin işlənib hazırlanmasını nəzərə alaraq, dünyada litiuma olan tələb ilbəil artıb.

Dəyərləndirmələrə görə, yaxın beş ildə litiuma olan tələb 250 faizdən çox artacaq və 2020-ci ildəki 300 min tondan 2025-ci ildə bir milyon tonadək artacaq.

Ukraynada yerin təkində olan litium ehtiyatlarının həqiqi həcmi gizli saxlanılır, lakin ekspertlərin məlumatlarına görə, bu bahalı metalın Ukraynada ehtiyatları 5 milyon ton təşkil edə bilər, dünyada bunun ümumi göstəriciləri  53 milyon ton civarında dəyərləndirilir. Yəni Ukraynada litiumun dünyadakı ehtiyatlarının 10 faizi cəmləşib.

Mütəxəssislər qeyd edir ki, litium yataqları Kirovoqradda (Poloxov yatağı), Donetskdə (Şevçenko yatağı) və Zaporojyedə (Krutaya Balka yatağı) cəmləşib, onun ən çox konsentrasiyası isə Mariupol yaxınlığında aşkar edilib.

Litiumun iri litium filizlərində Kirovoqrad vilayətinin Poloxov və Stankovat yataqlarında miqdarı 1, 25-1, 26 % ; Zaporojye və Donetsk vilayətlərinin sərhəddində Şevçenko yatağında 1, 1- 1, 5 % təşkil edir. Müqayisə üçün Argentina yataqlarındakı filizdə bu cür faiz təşkil edir və ən çox hesab edilir.

Beləliklə, Ukrayna dünyada aparıcı litium istehsalçılarından biri olmaq üçün böyük potensiala malikdir. Bu, Ukraynanın böyük energetik əhəmiyyətini və zəngin təbii resurslarının mənimsənilməsindən irəli gələn onun nəhəng iqtisadi potensialını nümayiş etdirir. Bu isə Rusiya prezidentinin gözlərində cəzbedici “qızıl damar”a bənzəyir.

Bütün bu amillər Rusiya prezidentinin aqressiv siyasətini izah edir və nəyin bahasına olursa olsun, başqasının nəhəng enerji mənbələrinin öz nəzarətinə keçirməyə sövq edən katalizator rolunu oynayır.

Bundan öncə məlumat verilib ki, Moskvanın Ukraynada altı aylıq “kobud müharibəsi” ən azı bir böyük mükafat əldə etməyə-Avropada ən zəngin faydalı qazıntıların olduğu ərazilərinə nəzarəti genişləndirilməyə gətirib çıxarıb, – bunu “Vaşinqton post” yazır.

Əgər Kreml zəbt etdiyi Ukrayna ərazisini ilhaq etməyə müvəffəq olarsa (ABŞ rəsmiləri isə Rusiyanın yaxın aylarda bunu etməyə cəhd göstərəcəyini güman edir), Kiyev öz yaraqlarının üçdə bir hissısinə çıxışını həmişəlik itirəcək.

Dünyada titan və dəmir filzinin ən böyük yataqlarından biri də Ukraynadadır, burada istifadə olunmayan litiumun yataqları və nəhəng kömür yataqları var. Nəşrin dəyərləndirələrinə görə, bunların ümumi dəyəri onlarla trilyon dollar təşkil edir.

Mənbə

Share: