Cahangir Əsgərov bir aydır işə çıxmır?

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun işə gəlmədiyi deyilir. İddialara görə, AZAL rəhbəri bir aya yaxındır ki, işə çıxmır.  

 

Sosial şəbəkələrdə yayılan iddialara münasibət öyrənmək üçün AZAL-ın mətbuat xidməti ilə əlaqə saxladıq. 

 

Qurumun mətbuat katibi Nərmin Xəlilova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir. 

 

“Cahangir Əsgərovun bir aydır ki, işə çıxmaması ilə bağlı sosial şəbəkələrdə və bəzi mətbu orqanlarında yayılmış məlumatlar həqiqəti əks etdirmir. Cahangir Əsgərov hazırda işinin başındadır”,- deyə AZAL sözçüsü vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılmışdı.

Mənbə

Share: