Calal Arutunyan əsgərlərin ölümündə günahlandırılır

44 günlük müharibə dövründə Qarabağ separatçılarının qondarma “ordu komandanı” olmuş Calal Arutunyan 2023-cü ildə iki dəfə istintaqa cəlb edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

 

Bildirilib ki, Calal Arutunyan ilin əvvəlində iki dəfə üzbəüz dindirilmə üçün istintaq orqanına dəvət olunub.

 

Arutyunyan 2020-ci il müharibəsi zamanı əsgərlərin ölümünə və hərbi texnikanın itirilməsinə səbəb olan səhlənkarlıqda ittiham olunur.

 

Onun barəsində heç yerə getməmək haqqında yazılı iltizam tədbiri seçilib.

 

Qeyd edək ki, C.Arutunyan II Qarabağ müharibəsində ağır şəkildə yaralandıqdan sonra tutduğu “post”dan kənarlaşdırılmışdı. Daha sonra o, Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunmuşdu.

Mənbə

Share: